Yuxarı

Abid Şərifov Misirə səfər edəcək

Baş nazirin müavini Yeni Süveyş kanalının açılış mərasiminə qatılacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycan baş nazirinin müavini Abid Şərifov Misirə səfər edəcək.

Bu barədə "Report"a diplomatik mənbələrdən məlumat verilib.

Belə ki, Abid Şərifov avqustun 6-da Misirdə Süveyş kanalının yeni xəttinin açılış mərasimində iştirak edəcək.

Qeyd edək ki, yeni xəttin uzunluğu 72 kilometr, eni 24 metr təşkil edəcək. Yeni kanal əvvəlki xəttin yüklənməsi səbəbindən inşa edilib. Yeni Süveyş kanalının Misir büdcəsinə ildə 13 milyard dollar gətirəcəyi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi