Yuxarı
    Bağlamaq

    Abdullah Gül Bakıda “Şəhidlər məscidi”ni ziyarət edib

    “Hər dəfə Azərbaycana səfər edəndə özümü Vətənimdə hiss edirəm”

    Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün  Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

    “Report” xəbər verir ki, Abdullah Gülü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müşayiət edib.

    Abdullah Gül Şəhidlər Xiyabanınınn yaxınlığında yerləşən “Şəhidlər məscidi”ndə də olub.

    Məscidlə tanış olan Abdullah Gül daha sonra Türkiyənin Azərbaycan səfirliyinin Diyanət İdarəsi Nümayəndəliyini ziyarət edib. Türkiyənin eks-prezidenti burada çay süfrəsi ətrafında söhbət edib.

    Abdullah Gül Bakıya səfərinin onda xoş xatirələr yaratdığını söyləyib: “Hər dəfə Azərbaycana səfər edəndə özümü Vətənimdə hiss edirəm. Azərbaycan bizim üçün doğma ölkədir”.

    Qeyd edək ki, Abdullah Gülün Azərbaycana səfəri bu gün başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi