Qazaxıstan Xəzər dənizinin birgə tədqiqi təklifi ilə çıxış edib.
Bu barədə "Report"a Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədri Abbat Janqirxanulı deyib.
Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan bu problemlərin birgə həlli, eləcə də digər qonşu dövlətləri analoji əməkdaşlığa cəlb etmək üçün öz səylərini və elmi resurslarını birləşdirə bilər.
A.Janqirxanulı Orta Dəhlizin imkanlarının genişləndirilməsi məsələsinə də toxunub: "Bu mövzu dünyadakı geosiyasi vəziyyət kontekstində bu mövzu aktuallaşır. Bu gün Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının iclası olacaq, yığıncaqda bütün imkanlardan Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün istifadə edilməsinin müzakirəsi planlaşdırılır”.
Həmsədr qeyd edib ki, hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə yükdaşımaların həcmində kəskin artım müşahidə olunur: “Lakin biz TBNM-i daha da inkişaf etdirməliyik, o cümlədən onun imkanlarını genişləndirməliyik”.