BTQ-nin icraçı direktoru: Fransa süni referendum keçirərək Mayotu işğal edib

BTQ-nin icraçı direktoru: Fransa süni referendum keçirərək Mayotu işğal edib Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsi Fransa tərəfindən bloklansa da, BTQ bu mövzunu yenidən gündəmə gətirdi və bundan sonra da Mayot xalqına dəstək nümayiş etdirəcək.
Xarici siyasət
3 Sentyabr , 2024 11:55
BTQ-nin icraçı direktoru:  Fransa süni referendum keçirərək Mayotu işğal edib

Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsi Fransa tərəfindən bloklansa da, BTQ bu mövzunu yenidən gündəmə gətirdi və bundan sonra da Mayot xalqına dəstək nümayiş etdirəcək.

"Report" xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bugünkü tədbir Mayot adasına həsr olunub:

"1975-ci ildə Qəmər Adaları müstəqilliyini elan etdikdən bir il sonra Fransa süni referendum keçirərək Mayotu işğal edib. Bundan sonra bütün beynəlxalq təşkilatlarda Mayotla bağlı məsələlər bloklanıb. Ancaq bu işğalla bağlı BMT qətnamələri mövcuddur.

BTQ bu məsələni yenidən gündəmə gətirərək beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəldib. BTQ bundan sonra da BMT-nin Mayotla əlaqədar qətnamələrinin icra olunması ilə bağlı tədbirlər keçirəcək. Biz beynəlxalq hüquq müddəalarını müdafiə edəcəyik".

A.Abbasov vurğulayıb ki, BTQ ilə Maore Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq:

"Əməkdaşlığa dair memorandum imzalanacaq. Bu memorandum gələcək əməkdaşlıq perspektivlərini müəyyən edir. Yəni gələcəkdə iqtisadi, sosial, siyasi məsələlərdə BTQ tərəfindən Qəmər Adalarına dəstək nümayiş olunacaq".

Son xəbərlər

Orphus sistemi