53-cü Münhen Təhlükəsizlik Konfransının proqramı açıqlanıb

53-cü Münhen Təhlükəsizlik Konfransının proqramı açıqlanıb Bu il tədbirdə beynəlxalq nizam məsələləri, terrorla mübarizə, transatlantik əlaqələr müzakirə olunacaq
Xarici siyasət
30 Yanvar , 2017 13:32
53-cü Münhen Təhlükəsizlik Konfransının proqramı açıqlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Fevralın 17-19-da keçiriləcək 53-cü illik Münhen Təhlükəsizlik Konfransında dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndə iştirak edəcək.

"Report" xəbər verir ki, konfransın sədri Volfqanq İşinger bu il tədbirdə beynəlxalq nizam məsələləri, terrorla mübarizə, transatlantik əlaqələr və Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra NATO-nun perspektivləri, Ukrayna və Suriyadakı böhranın müzakirə olunacağını bildirib.

BMT-nin baş katibi, Əfqanıstan, Polşa prezidentləri, NATO baş katibi, müxtəlif ölkələrin müdafiə nazirləri, xarici işlər nazirləri, o cümlədən Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov bu il konfransda iştirakını təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan hər il konfransda iştirak edir. 

Son xəbərlər

Orphus sistemi