Yaponiya turistlər üçün viza alınması prosesini asanlaşdıracaq

Yaponiya turistlər üçün viza alınması prosesini asanlaşdıracaq Qonaqlar turizm agentlikləri vasitəsilə onlayn qaydada turist vizaları üçün müraciət edəcəklər
Turizm
15 Oktyabr , 2018 11:55
Yaponiya turistlər üçün viza alınması prosesini asanlaşdıracaq
AP
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Yaponiya hökuməti 2020-ci ilin aprel ayında turist vizaları almaqla bağlı müraciət üçün elektron sistem tətbiq edəcək.

"Report" "Kyodo News"a istinadən xəbər verir ki, elektron viza əzrizə ilə müraciət prosesini asanlaşdırmaq, diplomatik nümayəndəliklərdə yüklənməni azaltmaq və miqrasiya nəzarətini gücləndirmək üçün nəzərdə tutulub.

Əvvəlcə onlayn sistem yalnız çinli turistlər üçün birgirişli qaydada əlyetərli olacaq, ardından isə digər ölkələrdən olan səyahətçilər bundan istifadə edəcəklər. 

Ümumiyyətlə, Yaponiyada 2017-ci ildə verilən bütün vizaların, təxminən, 60%-i çinli qonaqlar üçün verildiyindən yenilikdən ilk onlar yararlanacaqlar.

Qonaqlar turizm agentlikləri vasitəsilə onlayn qaydada turist vizaları üçün müraciət edəcəklər.

Qeyd edək ki, Yaponiya hökuməti 2020-ci ilə qədər turist axınını 40 milyon, 2030-cu ilə qədər isə 60 milyon nəfərə çatdırmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi