Kənan Qasımov: “Tezliklə turizmlə bağlı 2024-cü il üzrə Fəaliyyət Planı təqdim olunacaq”

Kənan Qasımov: “Tezliklə turizmlə bağlı 2024-cü il üzrə Fəaliyyət Planı təqdim olunacaq” Yaxın günlərdə son dəqiqləşdirmələr də aparıldıqdan sonra Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı ictimaiyyətə açıqlanacaq.
Turizm
8 May , 2024 16:13
Kənan Qasımov: “Tezliklə turizmlə bağlı 2024-cü il üzrə Fəaliyyət Planı təqdim olunacaq”

Yaxın günlərdə son dəqiqləşdirmələr də aparıldıqdan sonra Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı ictimaiyyətə açıqlanacaq.

Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

O bildirib ki, Fəaliyyət Planı ilə bağlı müzakirələr aparılıb: “Dövlət və özəl qurumların iştirakı ilə aparılan müzakirələrin nəticələri Fəaliyyət Proqramında təsdiqini tapacaq. Bu, turizm və səyahət indeksində Azərbaycanın ümumi göstəricisinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanan fəaliyyət proqramıdır. Planda dövlət proqramları səviyyəsində məsələlərlə yanaşı, dövlət qurumlarının da bu prosesə inteqrasiyası nəzərə alınaraq çoxsaylı fəaliyyətlər var və bunların hər biri ilə bağlı ayrı-ayrı müzakirələr həyata keçirilib”.

Son xəbərlər

Orphus sistemi