Yaponiya iyunun 1-dən etibarən ölkəyə gələn şəxslərin gündəlik sayını ikiqat artıraraq 20 minə çatdırıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bundan əlavə Yaponiya hökuməti ölkəyə gələn şəxslər üçün COVID-19 məhdudiyyətlərini yumşaldıb.
Belə ki, aşağı risk qrupuna daxil olan 98 ölkə və regiondan gələn şəxslər COVID-19-a qarşı peyvənd olunmasa belə test verməkdən azad olunublar. Bu ölkələr sırasına Azərbaycan da daxildir.
Orta risk qrupuna daxil olan 99 ölkə və regiondan gələn şəxslər COVID-19-a qarşı 3 peyvənd olunduqları təqdirdə test verməkdən və karantindən azad olunublar.
Yüksək risk qrupuna daxil olan 4 ölkə - Albaniya, Pakistan, Syerra-Leone və Ficidən gələn şəxslər xüsusi oteldə 3 gün karantində qalmalı və yalnız 3-cü gün verdikləri testin nəticəsi mənfi olacağı təqdirdə qaldıqları yeri tərk edə bilərlər.