Türkiyənin turizm gəlirləri 2 dəfədən çox artıb

Türkiyənin turizm gəlirləri 2 dəfədən çox artıb 2021-ci ildə Türkiyənin turizm gəlirləri 2020-ci illə müqayisədə 2,3 dəfə artaraq 24 482,3 milyon ABŞ dollarına çatıb.
Turizm
31 Yanvar , 2022 14:41
Türkiyənin turizm gəlirləri 2 dəfədən çox artıb

2021-ci ildə Türkiyənin turizm gəlirləri 2020-ci illə müqayisədə 2,3 dəfə artaraq 24 482,3 milyon ABŞ dollarına çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Məlumatda deyilir ki, ötənilki turizm gəlirlərinin 19 679,9 milyon dolları şəxsi xərclər, 4 802,4 milyon dolları isə turpaket xərcləri olub.

İl ərzində yerli vətəndaşların bir gecəlik xərci orta hesabla 66 dollar, xarici vətəndaşların bir gecəlik xərci isə 73 dollar təşkil edib.

Ötən il Türkiyəni 30,039 milyon turist ziyarət edib ki, bu da, illik müqayisədə 80,1% çoxdur.

Son xəbərlər

Orphus sistemi