Türkdilli dövlətlərin ortaq turizm marşrutu hazırlanır

Türkdilli dövlətlərin ortaq turizm marşrutu hazırlanır Türkdilli dövlətlərin Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanı əhatə edəcək ortaq turizm marşrutun yaradılması müzakirə olunur.
Turizm
104
11 Mart , 2022 14:13
Türkdilli dövlətlərin ortaq turizm marşrutu hazırlanır

Türkdilli dövlətlərin Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanı əhatə edəcək ortaq turizm marşrutun yaradılması müzakirə olunur.

Bunu “Report”a açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

"Gələcəkdə bu siyahıya digər dövlətlər də qoşulacaq. Çox maraqlı marşrutdur. Dövlət Miqrasiya Xidməti (DMX) də bu turistlərin gəlib Azərbaycana keçməsinə və mobilliyi təmin etməsi yaxşı olardı", - R. Quliyev bildirib.

Ötən gün Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın tabeliyində fəaliyyət göstərən Turizm məsələləri üzrə işçi qrupunun üzvlərinin iştirakı ilə “Turizm-miqrasiya mobilliyinin növü kimi” mövzusunda dəyirmi masa keçirilib.

Onun sözlərinə görə, görüşdə aidiyyəti dövlət qurumlarını, QHT-ləri, özəl sektoru əhatə edəcək turizm forumunun keçirilməsi təklif olunub: "Mənim təklifim ondan ibarət oldu ki, DMX da daxil olmaqla əlaqədar dövlət orqanlarının turizmin inkişafında koordinasiya edilmiş hərəkəti təmin olunmalıdır”.

Həmçinin gənclərin turizm sektoruna gəlişi ilə bağlı daxili miqrasiya məsələləri, eyni zamanda kənd turizminin vergidən azad olmalarla bağlı müzakirələr aparılıb.

Assosiasiya rəhbəri bildirib ki, müzakirələr zamanı həmçinin xaricdən investor cəlbi zamanı iş yerləri açıldıqda çox sadə üsulla qeydiyyat, yerli və xarici işçilərin qeydiyyatı, vergi və investisiyalarla bağlı digər prosedur məsələlərin də həll edilməsi təklif olundu .

Qeyd edək ki, tədbirdə turizm sektorunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və şirkətlərin, həmçinin təhsil müəssisələrin və elmi mərkəzlərin nümayəndələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi