Turizm sektoru özünü necə bərpa edəcək?

Turizm sektoru özünü necə bərpa edəcək? Koronavirus (COVID-19) pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sənayesinə böyük zərbə vurdu. Əgər 2019-cu ildə Azərbaycana gələn&turistlərin sayı 2018-ci illə müqayisədə 11,3% çox olmuşdusa, 2020-ci ilinin yanvar-may aylarının yekunu
Turizm
18 İyul , 2020 17:23
Turizm sektoru özünü necə bərpa edəcək?

Koronavirus (COVID-19) pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sənayesinə böyük zərbə vurdu. Əgər 2019-cu ildə Azərbaycana gələn turistlərin sayı 2018-ci illə müqayisədə 11,3% çox olmuşdusa, 2020-ci ilinin yanvar-may aylarının yekununda turistlərin sayı illik müqayisədə 1,9 dəfə azalıb. Bəs görəsən turizm sektoru özünü necə bərpa edəcək? 

"Turizm şirkətlərinin aviabilet satışında iştirakı bərpa olunmalıdır"

Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyir ki, yerli turizm şirkətlərinin "ayağa qalxa bilməsi" üçün ən az onların aviabilet satışında iştirakı bərpa olunmalıdır: "Hazırda şirkətlərin heç bir fəaliyyət imkanı yoxdur. Bu isə onların işçilərinin taleyini sual altında qoyub. Dövlət pandemiyaya görə işçilərin cəmi 1 aylıq əmək haqqını ödədi. Buna görə də, şirkət rəhbərləri ümidini aviareyslərin bərpasına bağlamışdı və bu yolla tədricən sektorun özünü bərpa edə biləcəyini düşünürdü. Bir sıra istiqamətlərdə uçuşlar bərpa edilib, lakin aviabiletlərin satışında turizm şirkətlərinin iştirakına imkan verilməyib. Belə olan halda turizmin inkişafından söhbət gedə bilməz və işçilərin ixtisarı qaçılmazdır". 

"Turizm şirkətləri dəmir yolu bileti də sata bilər"

Ekspert həmçinin hesab edir ki, turizm şirkətləri dəmir yolu bileti də sata bilər: "Turistlərin ən çox üz tutduğu  Qəbələ və Qusara dəmir yolu xəttinin çəkilməsi bu regionlarda turizmin inkişafına səbəb olacaq. Ümumiyyətlə Azərbaycana gələn turistlərin 40%-i ölkədə dəmir yolu ilə daxil olur. Turizm şirkətlərinin təqdim etdiyi tur-paketə dəmir yolu biletinin də daxil edilməsi turistlər üçün maraqlı və cəlbedici ola bilər. Təklif edirəm ki, "Azərbaycan Dəmir Yolları" bilet satışını həm də turizm şirkətlərinə həvalə etsin”.

"Xaricə getmək istəyənlər ölkədə qalıb"

Bundan başqa, onun fikrincə, turizm şirkətləri hər il xaricə üz tutan, lakin hazırda ölkədə qalmağa üstünlük verən vətəndaşlardan da faydalanmağı bacarmalıdır: "Pandemiyadan əvvəl ölkə vətəndaşları Azərbaycanda istirahət etməkdənsə, Türkiyənin məşhur bölgələrinə getməyə üstünlük verirdi. Çünki, ölkə daxilində istirahət baha başa gəlirdi. Hazırda pandemiyaya görə səfərlər məhdudlaşıb. Odur ki, yerli otellər, termal sanatoriyalar bazarı tutmağa çalışmalıdır. Çünki hər il Azərbaycandan xaricə getmək istəyənlər ölkədə qalıb. Bizdə erkən rezarvasiya anlayışı yoxdur. Hotellər düzgün qiymətləndirmə siyasəti aparmalıdır”.

Bir sözlə, pandemiya turizm sektoru üçün müvəqqəti çətinlik yaratsa da, sektorun özünü bərpa etməsi üçün imkanlar az deyil. Sadəcə bu imkanlardan faydalanmaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi