“Turizm sahəsinin inkişafı və perspektivləri” mövzusunda ictimai müzakirə olub

“Turizm sahəsinin inkişafı və perspektivləri” mövzusunda ictimai müzakirə olub İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti ictimai müzakirə “Turizm sahəsinin inkişafı və perspektivləri” mövzusunda keçirilib.
Turizm
106
27 Aprel , 2022 18:04
“Turizm sahəsinin inkişafı və perspektivləri” mövzusunda ictimai müzakirə olub

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti ictimai müzakirə “Turizm sahəsinin inkişafı və perspektivləri” mövzusunda keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbirdə Dövlət Vergi Xidmətinin, Dövlət Turizm Agentliyinin və turizm sahəsində fəaliyyət göstərən assosiasiya və ictimai birliklərin nümayəndələri iştirak edib.

Görüşdə turizm sektorunda mövcud vəziyyət, bu sahəyə dövlət dəstəyi tədbirləri, sahibkarların qarşılaşdığı məsələlərlə bağlı müzakirələr aparılıb.

İclasda bildirilib ki, müzakirələrdə səsləndirilən təkliflər araşdırılacaq və aidiyyəti qurumlara təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi