Turistlər üçün ən təhlükəsiz ölkələrin adları açıqlanıb

Turistlər üçün ən təhlükəsiz ölkələrin adları açıqlanıb İki ildən bir tərtib olunan reytinq ölkədə baş verən cinayət sayını nəzərə alır
Turizm
182
14 Oktyabr , 2016 03:22
Turistlər üçün ən təhlükəsiz ölkələrin adları açıqlanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Finlandiya turistlər üçün ən təhlükəsiz ölkə elan olunub. “Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya iqtisadi forumu ekspertlərinin səyahət və turizm sahəsində rəqabətlilik üzrə hazırladıqları sənəddə deyilir.

İki ildən bir tərtib olunan reytinq ölkədə baş verən cinayət sayını, o cümlədən zorlama, terror təhlükəsi, həmçinin yerli polis əməkdaşlarının təmin etdiyi təhlükəsizliyi nəzərə alır.

Təhlükəli Yaxın Şərq ərazisində yerləşməsinə baxmayaraq siyahıda ikinci yerdə Qətər, üçüncü yerdə Birləşmiş Ərəb Əmirlikləri yerləşir. İlk onluqda digər yerləri İslandiya, Avstriya, Lüksemburq, Yeni Zelandiya, Sinqapur, Oman və Portuqaliya tutur.

Son xəbərlər

Orphus sistemi