Ticarət və Sənaye Palatasının prezidenti: "Pakistan və Azərbaycan turizm sahəsində çox iş görə bilər"

Ticarət və Sənaye Palatasının prezidenti: "Pakistan və Azərbaycan turizm sahəsində çox iş görə bilər" Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanla Pakistan arasında inkişafı mümkün olan çox sahə var, amma Azərbaycan məşhur turizm məkanıdır və bu sahədə çox iş görə bilərik.
Turizm
3 İyul , 2018 11:49
Ticarət və Sənaye Palatasının prezidenti: Pakistan və Azərbaycan turizm sahəsində çox iş görə bilər
Report
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ "Azərbaycanla Pakistan arasında inkişafı mümkün olan çox sahə var, amma Azərbaycan məşhur turizm məkanıdır və bu sahədə çox iş görə bilərik".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Zahid Latif Xan deyib.

Onun sözlərinə görə, turizm sahəsində hər iki ölkənin biznes nümayəndələri restoran, otel biznesi və digər layihələr həyata keçirə bilər: "Bizim palata, həmçinin əczaçılıqla da məşhurdur. Bu sahədə də çoxlu iş görə bilərik".

Palata prezidenti eyni zamanda Pakistanın sərmayə cəlbediciliyi və təhlükəsizlik məsələlərinə də toxunub: "Pakistanda təhlükəsizliyin təmini baxımından problem yoxdur. Pakistanda həmçinin xüsusi iqtisadi zonalar var ki, orada sahibkarlar vergitutmadan azad olunurlar. Sizin gözəl meyvələriniz var. Ona görə Pakistanda olmayan meyvələri Azərbaycandan idxal edə bilərik". 

Son xəbərlər

Orphus sistemi