Serbiya Prezidenti azərbaycanlı iş adamlarını ölkəsində otel tikməyə çağırıb

Serbiya Prezidenti azərbaycanlı iş adamlarını ölkəsində otel tikməyə çağırıb Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanda bir sıra zəngin üslubda tikilmiş otellərə rast gəldik.
Turizm
22 May , 2018 12:24
Serbiya Prezidenti azərbaycanlı iş adamlarını ölkəsində otel tikməyə çağırıb
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ "Azərbaycanda bir sıra zəngin üslubda tikilmiş otellərə rast gəldik".

"Report" xəbər verir ki, bunu Serbiya-Azərbaycan işgüzar forumunda Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

O bildirib ki, paytaxt Belqradda investisiya üçün münbit şərait mövcuddur: "Belqradda Şərq ornamentləri üslubunda otel yoxdur. Serbiyada turistlərin sayı ilbəil artır. Bu cür otellərin Serbiyada tikilməsi əla olar".

Tədbirdə həmçinin Serbiyada biznesmenlər üçün subsidiya təklifinin mövcud olduğu, həmçinin bəzi vergilərdən azad olunduğu diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi