Səfir: “Pandemiyadan sonra Meksikada azərbaycanlı turistlərin sayında artım müşahidə edirik”

Səfir: “Pandemiyadan sonra Meksikada azərbaycanlı turistlərin sayında artım müşahidə edirik” “Pandemiyadan sonra Meksikada azərbaycanlı turistlərin sayında artım müşahidə edirik”.
Turizm
3 May , 2023 17:37
Səfir: “Pandemiyadan sonra Meksikada azərbaycanlı turistlərin sayında artım müşahidə edirik”

“Pandemiyadan sonra Meksikada azərbaycanlı turistlərin sayında artım müşahidə edirik”.

Bunu “Report”a müsahibəsində Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero deyib.

“Buna “Türk Hava Yolları”nın İstanbul vasitəsilə Azərbaycan və Meksikanı birləşdirən reysinin açılması şərait yaradıb. Azərbaycanlı turistlərdən Meksikaya səfər etmək üçün vizaya tələbat yüksəkdir. Keçən il 650-dən çox viza verdik ki, bu da COVID-19 pandemiyasından əvvəlki dövrlə müqayisədə xeyli çoxdur”, - səfir bildirib.

“Biz ölkənizdə Meksika haqqında bilikləri artırmaq üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. Əlbəttə, bu, ikitərəfli proses olmalıdır: bir-birimiz haqqında biliklərimiz hələ də çox məhduddur”, - o əlavə edib.

Diplomat bildirib ki, Meksikada görməli yerlərin sayı çoxdur. Onun sözlərinə görə, tarixi abidələr, dünyanın ən yaxşılarından hesab edilən çimərlik kurortları, məsələn elə Kankun çimərliyi azərbaycanlı turistlər üçün cəlbedici olacaq.

“Əlbəttə, ölkəyə istənilən səfərə paytaxt Mexiko da daxil edilməlidir. Bu, 22 milyondan çox əhalisi olan meqapolisdir, amma onu mütləq ziyarət etmək lazımdır”, - Mariya Viktoriya Romero Kabalyero əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi