Şahdağ Turizm Mərkəzinə rəhbərlik xarici vətəndaşa həvalə edilib - EKSKLÜZİV

Şahdağ Turizm Mərkəzinə rəhbərlik xarici vətəndaşa həvalə edilib - EKSKLÜZİV Bakı. 24 dekabr. REPORT.AZ/ Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Turizm
24 Dekabr , 2018 10:59
Şahdağ Turizm Mərkəzinə rəhbərlik xarici vətəndaşa həvalə edilib - EKSKLÜZİV

Bakı. 24 dekabr. REPORT.AZ/ Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

“Report” xəbər verir ki, bu, Almaniya vətəndaşı Rodderix Mark Lefflerdir.

O, sədr vəzifəsində Rüstəm Nəcəfovu əvəz edib.

Yeni menecerin otel biznesində böyük təcrübəsinin olduğu, aparıcı beynəlxalq mehmanxana şəbəkələrində işlədiyi bildirilir.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” də zərərlə işləyən dövlət şirkətlərindəndir. Mərkəz 2017-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2016-cı ilin yekununda 5 mln. manatdan artıq yığılmış zərərə malik olub. 

Son xəbərlər

Orphus sistemi