Tezliklə "Şahdağ" Turizm Mərkəzinin ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (
"Report" xəbər verir ki, bunu jurnalistlərə mərkəzin rəhbəri Rodderich Leffler deyib.
R.Lefflerin sözlərinə görə, hazırda YDM-in tikintisi ilə bağlı son tamamlanma işləri gedir: "Bu isə mərkəzimizə gələn sürücülərimizə yanacaqla bağlı problem olmadan rahat istirahət etməyinə şərait yaradacaq".
"Şahdağ" Turizm Mərkəzi öz adını Azərbaycanın, Qusar şəhərinin 29 km-də yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4 243 m hündürlükdə olan Şahdağ zirvəsindən götürüb. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.