Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı şəhərində fəaliyyətə başlayan "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək.
Açılış mərasimində mədəniyyət və turizm naziri
Nazir
Şahdağ Turizm İnformasiya Mərkəzində müştərilərlə iş, satış və marketinq, tədbirlərin təşkili və mətbuatla əlaqələr şöbəsi yaradılıb. Bül-bül prospekti, 26-da fəaliyyətə başlayan mərkəzdə hotel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarəsi, sifarişi və turpaket xidmətləri təklif olunacaq. Müştərilər mərkəzə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.
Tədbir çərçivəsində www.shahdag.az saytının təqdimatı da keçirilib. Saytda Şahdağ Turizm Mərkəzinin fəaliyyəti, hotellər barədə ətraflı məlumat almaq, virtual tur vasitəsi ilə mərkəzi canlı izləmək olar. Həmçinin sayt vasitəsilə turistlər bu ilin dekabr ayından etibarən Şahdağ Turizm Mərkəzinin təklif etdiyi bütün xidmətləri online olaraq sifariş verərək, ödəməni həyata keçirə və bronlaşdırma edə biləcəklər.
Sonda nazir Şahdağ Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini verib, mərkəzin kollektivinə uğurlar arzulayıb.