Ruslan Əliyev: "Azərbaycana həftəsonu turları Rusiyada böyük maraq doğurardı"

Ruslan Əliyev: "Azərbaycana həftəsonu turları Rusiyada böyük maraq doğurardı" Bu ilin dörd ayı ərzində Azərbaycana 500 mindən bir qədər çox əcnəbi gəlib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 36,5 faiz azdır. Hazırkı koronavirus pandemiyası başa çatandan sonra turizmin inkişafı üçün yeni sanitariya qaydaları, yeni təkliflər hazırlanmalıdır.
Turizm
11 İyun , 2020 14:52
Ruslan Əliyev: Azərbaycana həftəsonu turları Rusiyada böyük maraq doğurardı

"Bu ilin dörd ayı ərzində Azərbaycana 500 mindən bir qədər çox əcnəbi gəlib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 36,5 faiz azdır. Hazırkı koronavirus pandemiyası başa çatandan sonra turizmin inkişafı üçün yeni sanitariya qaydaları, yeni təkliflər hazırlanmalıdır".

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının adıçəkilən ölkədəki ticarət nümayəndəsi Ruslan Əliyev “Turizm 2020: əks-böhran təcrübələri” adlı onlayn konfarns zamanı bildirib.

O deyib ki, Prezident İlham Əliyev iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirmək məsələsindən dəfələrlə danışıb və dörd başlıca istiqamət göstərib: "Bunlar aqrosənaye, nəqliyyat və logistika, turizm, İT sektorudur”.

Nümayəndə son 10 il ərzində ölkədə infrastrukturu inkişaf etdirmək üçün böyük işlər görüldüyünü, bunun da turizmin inkişafına dəstək olduğunu dilə gətirib:

“Bunlar möhtəşəm hava limanı, keyfiyyətli yollar, mehmanxanalar, habelə muzeylər, teatrlar, sərgilər vs.dən ibarət əyləncə sektorudur. Mühüm sahələrdən lan turizm hazırda təəssüf ki, xeyli çətinliklərlə üzləşib. Ötən il Azərbaycana Rusiyadan bir milyondan artıq turist gəlmişdi. Azərbaycanda turizmin klassik, yemək, müalicəvi növləri, son illər isə şərab turizmi növü inkişaf edir. Dövlətlə yanaşı bu sahənin inkişafına sahibkarların da böyük töhfəsi var”.

Turizmlə bağlı yeni fikirlər barədə danışan R.Əliyev Azərbaycanın gözəlliklərini, füsunkar təbiətini tanıtmaq üçün qonşu ölkələrdən gələn turistlər üçün 3-5 günlük mini turlar təşkil etmək təklifini irəli sürüb: 

“Azərbaycanın nadir mövqeyi var. Bizim həm Rusiya, həm də başqa qonşularımızla gözəl münasibətlərimiz var. Azərbaycanı tanıtmaq, hiss etmək üçün cümədən bazar gününədən həftəsonu turları tətbiq etmək olardı. Belə turlar xeyli maraq doğurardı, çünki yol da uzaq deyil, səviyyəli infrastruktur və ümumi ab-hava var, rus dilini də bizdə bilirlər. Beləcə rusiyalı turistlər 3-5 günə Azərbaycanla yaxından tanış ola bilərlər. Bu cür turlar Bakı ilə yanaşı, Gəncəyə, Şamaxıya, şimal bölgəyə və s. təşkil edilə bilər”.

Son xəbərlər

Orphus sistemi