Yuxarı

Rusiyalı turistlər üçün pulsuz Bakı-Tbilisi avtobus marşrutu təşkil oluna bilər

Rusiyalı turistlər üçün pulsuz Bakı-Tbilisi avtobus marşrutu təşkil oluna bilər

Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili İqtisadiyyat Nazirliyi və turizm sektorunun nümayəndələrinə rusiyalı turistlərin Bakı, İrəvan və Trabzondan (Türkiyə) Gürcüstana çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsi təklifini təqdim edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Alaverdaşvili bunu Birinci kanalının efirində deyib.

"Sənədin əsas mövzusu belədir: yaxınlıqdakı hava limanlarından - Bakı, İrəvan və Trabzondan rusiyalı turistləri Gürcüstana asanlıqla gətirəcək pulsuz avtobuslar təşkil olunsun", - deyə o bildirib.

Alaverdaşvilinin sözlərinə görə, yekun qərar üçün müzakirələrə ölkənin Xarici İşlər Nazirliyi də qoşulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi