Qoa çimərliklərində sərxoş turistlər cərimələnəcək

Qoa çimərliklərində sərxoş turistlər cərimələnəcək Bakı. 30 yanvar. REPORT.AZ/ Qoa hökuməti yaxın vaxtlarda çimərlik və turizm obyektlərində spirtli içki qəbul etmiş şəxsləri cərimə etməyə başlaya bilər.
Turizm
30 Yanvar , 2019 06:46
Qoa çimərliklərində sərxoş turistlər cərimələnəcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Qoa hökuməti yaxın vaxtlarda çimərlik və turizm obyektlərində spirtli içki qəbul etmiş şəxsləri cərimə etməyə başlaya bilər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Indian Exspress" nəşri məlumat yayıb.

Bildirilir ki, cəriməni verməkdən imtina edən şəxslər 3 ay müddətinə həbs oluna bilərlər.

Hindistanın Qoa ştatının Nazirlər Kabineti turizm haqqında qanuna ictimai yerlərdə spirtli içki qəbuluna görə cəza nəzərdə tutan düzəliş edib.

Yeni qaydalar qüvvəyə mindikdən sonra, çimərliklərdə, turizm obyektlərində, mağazaların girişlərində spirtli içki qəbul etmiş hər bir şəxs polis tərəfindən təqribən 30 dollar cərimə olunacaq. Eyni cərimə istirahət yerlərində açıq havada yemək bişirən şəxslərə də şamil ediləcək.

Hökumət həmçinin çimərliyə butulka gətirməyə də qadağa tətbiq edəcək. Polisə çimərliyə şüşə butulka ilə gələnləri cərimələmək səlahiyyəti verilə bilər. Həmçinin çimərlik ərazilərdə şüşə butulkanı qıran şəxsləri də cəza gözləyir.

Son xəbərlər

Orphus sistemi