QHT-lər Qarabağda təbiət turizminin inkişafı üçün təkliflər hazırlayıb

QHT-lər Qarabağda təbiət turizminin inkişafı üçün təkliflər hazırlayıb "Qarabağda turizmin inkişafı üçün kifayət qədər potensial var. İşğaldan azad edilən ərazilərdə təbiət turizminin inkişafı üçün QHT-lər tərəfindən səmərəli təkliflər hazırlanıb".
Turizm
25 Dekabr , 2021 20:01
QHT-lər Qarabağda təbiət turizminin inkişafı üçün təkliflər hazırlayıb

"Qarabağda turizmin inkişafı üçün kifayət qədər potensial var. İşğaldan azad edilən ərazilərdə təbiət turizminin inkişafı üçün QHT-lər tərəfindən səmərəli təkliflər hazırlanıb".

Bu fikirləri "Report"un Qarabağ bürosuna açıqlamasında "Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nərminə Qəribova bildirib.

Birlik sədri qeyd edib ki, işğaldan azad olunan torpaqların çox böyük turizm potensialı var:

"Bu torpaqların təkcə tarixi abidələri deyil, elə təbiəti də kifayət edir ki, turizm potensialını inkişaf etdirmək mümkün olsun. Mən inanıram ki, bu istiqamətdə atılacaq addımlar Qarabağ regionunda digər sahələrin də inkişafına təkan vermiş olacaq. İşğal altında olduğu müddətdə ermənilərin Azərbaycan flora və faunasına vurduğu ziyan milyardlarla dollar dəyərində ölçülür".

Nərminə Qəribova
Nərminə Qəribova

N.Qəribova vurğulayıb ki, Qarabağda onlarla bitki növləri var ki, onlar dünyanın bir çox ölkələrində bitmir:

"Qırmızı çinar", "Ardıc" ağaclarının bir neçə növünü misal gətirə bilərik ki, ermənilər onları ya tamamilə məhv ediblər, ya da artıq nəsli tükənmək üzrədir. Qarabağ regionunda həmin növlərin geniş təbliğ edilməsi vacibdir".

Son xəbərlər

Orphus sistemi