Naxçıvanda yeni turizm bölgəsi yaradılıb

Naxçıvanda yeni turizm bölgəsi yaradılıb Bakı. 29 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Turizm
29 Noyabr , 2018 21:30
Naxçıvanda yeni turizm bölgəsi yaradılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan Şahbuz rayonunun Ağbulaq kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.

Bildirilir ki, kəndin fasiləsiz elektrik enerjisi ilə təmin olunması, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırıb.

Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilib, kənddəki evlər yenidən qurulub, dam örtükləri və fasadlar yenilənib, turistlərin qəbulu üçün lazımi kommunal-məişət şəraiti yaradılıb, təsərrüfat binaları tikilib. Bundan əlavə kənddə Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılıb.

Naxçıvanın Turizm Departamentinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirlər görmək tapşırığı verilib.

Son xəbərlər

Orphus sistemi