Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın Azərbaycandakı səfirini qəbul edib Səfir iki ölkə arasında birbaşa aviareysin açılmasında maraqlı olduqlarını bildirib
Turizm
20 Sentyabr , 2016 14:26
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Sanjay Rananı qəbul edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan-Hindistan arasında mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.

S.Rana qeyd edib ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsində, bu məqsədlə iki ölkə arasında birbaşa reyslərin açılmasında maraqlıdır.

Ə.Qarayev Azərbaycanda Hindistan mədəniyyətinə ənənəvi xoş münasibətin olduğunu, hər iki ölkə xalqlarının tarixi əlaqələrinin bir-birinə bağlı olduğunu bildirib.

Nazir səfiri 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Son xəbərlər

Orphus sistemi