Malayziya öz zəvvarları üçün Bakının tranzit nöqtəsi olmasında maraqlıdır

Malayziya öz zəvvarları üçün Bakının tranzit nöqtəsi olmasında maraqlıdır Birbaşa uçuş təşəbbüsü reallaşarsa, Bakı müqəddəs torpağa - Ümrə və ya Həcc ziyarətinə gedən malayziyalılar üçün dayanacaq nöqtəsi ola bilər.
Turizm
15 May , 2024 15:29
Malayziya öz zəvvarları üçün Bakının tranzit nöqtəsi olmasında maraqlıdır

Birbaşa uçuş təşəbbüsü reallaşarsa, Bakı müqəddəs torpağa - Ümrə və ya Həcc ziyarətinə gedən malayziyalılar üçün dayanacaq nöqtəsi ola bilər.

Bunu “Report”a müsahibəsində Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.

Diplomat qeyd edib ki, birbaşa uçuşlarla bağlı danışıqların bərpası üçün “Azərbaycan Hava Yolları”, “AirAsia” və ya maraqlı olan aviaşirkətlərlə yanaşı, müvafiq nazirlik (Nəqliyyat Nazirliyi) də daxil olmaqla aidiyyəti qurumlarla əlaqə qurmağa davam edəcəklər:

“Cənub-Şərqi Asiya regionuna birbaşa marşrut haqqında əvvəllər danışıqlar aparılıb. Bakı-Kuala Lumpur-Bakı sektorları həm Malayziya, həm də Azərbaycana fayda verə bilər. Bu, insanlar arasında əlaqəni asanlaşdıracaq və Malayziya ilə Azərbaycanı ən yaxşı turizm istiqamətləri kimi tanıdacaq. Azərbaycan bir çox sənaye sahələri üçün mərkəz olmaq potensialına malikdir. Ölkə Asiya ilə Avropanın kəsişməsində, çox strateji bir məkanda yerləşir. Beləliklə, birbaşa uçuş təşəbbüsü reallaşarsa, Bakı müqəddəs torpağa-Ümrə və ya Həcc ziyarətinə gedən malayziyalılar üçün dayanacaq nöqtəsi ola bilər”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi