Kənan Quluzadə: “Tibbi turizmin inkişaf istiqamətləri araşdırılır”

Kənan Quluzadə: “Tibbi turizmin inkişaf istiqamətləri araşdırılır” Dövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizmin inkişaf istiqamətlərini araşdırır.
Turizm
19 İyul , 2023 17:01
Kənan Quluzadə: “Tibbi turizmin inkişaf istiqamətləri araşdırılır”
Kənan Quluzadə

Dövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizmin inkişaf istiqamətlərini araşdırır.

Bunu “Report”a açıqlamasında Agentliyin sədrinin müşaviri Kənan Quluzadə bildirib.

“Azərbaycanın tibbi turizm məhsulları yaradaraq beynəlxalq bazarlara çıxarmaq imkanı var. Ölkəmizdə tibbi turizmin perspektivi çox böyükdür. Xüsusilə Yaxın Şərq ölkələrindən turistlərin cəlbi üçün böyük potensial var. Həmçinin plastik cərrahiyə, oftalmologiya, stomatologiya və digər sahələr üzrə turizm məhsulları yaradaraq beynəlxalq bazara çıxara bilərik. Turizm şirkətləri bu məhsulların son dövrlərdə formalaşması ilə birbaşa məşğul olurlar və bazara çıxarırlar. Həmçinin, Hindistan, Pakistan və Mərkəzi Asiya ölkələrindən də müştərilər cəlb etmək mümkündür", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi