İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 25 %-dən çox azalıb

İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 25 %-dən çox azalıb Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % artaraq 358,6 min nəfər olub.
Turizm
20 Aprel , 2023 12:59
İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 25 %-dən çox azalıb
РИА "Новости"

Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % artaraq 358,6 min nəfər olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 46,6 %, Gürcüstana gedənlərin sayı 44,6 %, Türkiyəyə gedənlərin sayı 6,4 % artıb, İrana gedənlərin sayı isə 25,4 % azalıb. Ölkə vətəndaşlarının 39,4 %-i Türkiyəyə, 22,9 %-i Rusiya Federasiyasına, 9,6 %-i Gürcüstana, 8 %-i İrana, 20,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 68,9 %-ni kişilər, 31,1 %-ni qadınlar təşkil edib.

I rübdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi