“IrAero” Nijni Novqoroddan Bakıya uçuşlara başlayacaq

Turizm
  • 08 mart, 2024
  • 09:33
“IrAero” Nijni Novqoroddan Bakıya uçuşlara başlayacaq

Rusiyanın “IrAero” aviaşirkəti aprelin 4-dən ölkənin Nijni Novqorod şəhərindən Bakıya uçuşlara başlayacaq.

“Report” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Məlumata görə, aviareyslər həftədə bir dəfə - cümə axşamı günləri həyata keçiriləcək.

44 - Tezliklə