İndoneziyaya giriş qadağasının müddəti uzadıldı

İndoneziyaya giriş qadağasının müddəti uzadıldı Sözügedən qadağadan yalnız ölkədə qalmağa icazəsi olanlar, diplomatik və xidmət vizaların sahibləri istisna təşkil edirlər
Turizm
22 Yanvar , 2021 16:33
İndoneziyaya giriş qadağasının müddəti uzadıldı

İndoneziya hökuməti əcnəbilərin ölkəyə girişinə qoyulan məhdudiyyətin müddətini fevral ayının 8-dək uzadıb.

“Report” xəbər verir ki, belə bir addımın məqsədi koronavirusun yeni ştamının ölkədə yaylmasına yol verməməkdir. Sözügedən qadağadan yalnız ölkədə qalmağa icazəsi olanlar, diplomatik və xidmət vizaların sahibləri istisna təşkil edirlər. Daha əvvəl ölkəyə giriş 28 yanvar tarixinədək məhdudlaşdırılmışdı.

Bununla yanaşı Bali və Yava adalarındakı bir sıra bölgələrdə işgüzar fəaliyyətlərə qoyulan məhdudiyyətlərin də müddəti 8 fevral tarixinədək uzadılıb. Belə ki, işəgötürənlər işçilərinin 75 faizini məsafədən çalışdırrmalı, məktəblər məsafəli tədris rejimində fəaliyyət göstərməli, iaşə obyektləri 25 faizədək, məbədlər isə 50 faizədək yerlərə qəbul həyata keçirə bilər.

Son xəbərlər

Orphus sistemi