ICAO: Koronavirusa qarşı vaksinləşmə ilə bağlı sertifikat tələb edilə bilər

ICAO: Koronavirusa qarşı vaksinləşmə ilə bağlı sertifikat tələb edilə bilər F.Liu: "Dünyanın hələ də məhdud miqdarda peyvənd tədarükünü nəzərə alaraq yaxın müddətdə turizm sektorunda canlanma ilə bağlı ümidlər azdır".
Turizm
23 Yanvar , 2021 15:27
ICAO: Koronavirusa qarşı vaksinləşmə ilə bağlı sertifikat tələb edilə bilər

“COVID-19-un son dalğası ilə mübarizə turizm sənayesində vəziyyəti ağırlaşdırır”.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Qlobal Turizm Böhran Komitəsinin VIII onlayn iclasında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Fang Liu deyib.

O bildirib ki, pandemiya səyahət və turizm, aviasiya sahəsinə ağır təsir edib.

F.Liu dünyanın hələ də məhdud miqdarda peyvənd tədarükünü nəzərə alaraq yaxın müddətdə turizm sektorunda canlanma ilə bağlı ümidlər az olduğunu vurğulayıb.

O deyib ki, yaxın gələcəkdə koronavirus vaksini ilə bağlı müvafiq sertifikatlaşdırma tələb edilə bilər: “Lakin test nəticələrinin beynəlxalq səviyyədə qəbul edilməsi əsas prioritet olmalıdır”.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının Baş katibi COVID-19 test nəticələrinin və peyvənd sertifikatlarının vaxtında və etibarlı şəkildə təqdim edilməsini tövsiyə edir, bu da səyahətçilərin işini asanlaşdırmağa kömək edəcəyini vurğulayır.

O, test nəticələrinin və peyvənd sertifikatlarının qəbuluna dair beynəlxalq razılığın əldə edilməsi qlobal bir hədəf olaraq qaldığını və beynəlxalq səyahət və turizmin bərpası üçün ən yaxşı yol olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi