Hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları təsdiqlənib

Hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları təsdiqlənib Dövlət Turizm Agentliyinin Kollegiyası “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nı təsdiq edib.
Turizm
25 May , 2023 10:47
Hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları təsdiqlənib

Dövlət Turizm Agentliyinin Kollegiyası “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı agentliyin sədri Fuad Nağıyev imzalayıb.

Qərar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilib.

Qərara əsasən, mehmanxanalar təqdim edilən xidmətlərin keyfiyyət səviyyəsinin müvafiq ulduz dərəcəsinə mütənasibliyini göstərən kateqoriyalar üzrə təsnifatlaşdırılır. Mehmanxanaların ulduz dərəcələri aşağıdakı cədvəldə göstərilib:

Ulduz dərəcəsi

Ümumi təəssürat

1*

Nömrə fondunun və digər zonaların işlək və təhlükəsiz vəziyyətdə olan avadanlıqlar və mebel ilə təchiz edildiyi, gündəlik təmizliyin təmin edildiyi aşağı büdcəli mehmanxana;

2*

1* dərəcəsini təsvir edən tələblər ilə bərabər səhər yeməyinin çeşidli şəkildə təqdim edildiyi aşağı büdcəli mehmanxana;

3*

2* dərəcəsini təsvir edən tələblər ilə bərabər keyfiyyətli mebel və avadanlıqların olduğu və komfortun təmin edildiyi mehmanxana;

4*

3* dərəcəsini təsvir edən tələblər ilə bərabər, ən azı 3-dən çox müxtəlif növ xidmətlərin və komfortun təmin edildiyi mehmanxana;

5*

4* dərəcəsini təsvir edən tələblər ilə bərabər, dəbdəbəli dizayn və təchizata malik olan və komfortun təmin edildiyi mehmanxana.

Son xəbərlər

Orphus sistemi