Hasan Tufan: "Məqsədimiz Şuşanı İƏT-ə üzv ölkələrdə tanıtmaqdır"

Hasan Tufan: "Məqsədimiz Şuşanı İƏT-ə üzv ölkələrdə tanıtmaqdır" ​​​​​​​Şuşa şəhərini turizm paytaxtı seçməkdə məqsəd bu şəhərin İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə tanıdılmasını həyata keçirməkdir
Turizm
2 May , 2024 15:10
Hasan Tufan: Məqsədimiz Şuşanı İƏT-ə üzv ölkələrdə tanıtmaqdır

Şuşa şəhərini turizm paytaxtı seçməkdə məqsəd bu şəhərin İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə tanıdılmasını həyata keçirməkdir.

Bunu "Report"a açıqlamasında İƏT-in turizm proqramı üzrə məsul şəxsi Hasan Tufan deyib.

O bildirib ki, daha sonra üzv ölkələr qatıldıqları turizm tədbirləri və sərgilərdə bu barədə təbliğat aparırlar: "Həmçinin 2026-cı ildə Şuşa turizm paytaxtı olduqdan sonra Azərbaycandan bir sıra tədbirləri orada keçirməsini istəyəcəyik. Şuşanın turizm paytaxtı elan edilməsi, ümumilikdə Qarabağın da turizm potensialını artıracaq”.

O qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi ilə bir sıra ölkələrdən, xüsusilə də Türkiyədən kifayət qədər səyyahlar, "Youtube" bloggerləri həmin ərazilərə gəlib, tanıtımı ilə bağlı təbliğat aparıblar.

Qeyd edək ki, Şuşa şəhəri 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilib.

Son xəbərlər

Orphus sistemi