Gürcüstanın turizmdən gəliri 9 dəfədən çox artıb

Turizm
  • 16 noyabr, 2021
  • 09:15
Gürcüstanın turizmdən gəliri 9 dəfədən çox artıb

Bu ilin oktyabr ayında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 142,3 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə gəlir 127,1 milyon dollar və yaxud 9,4 dəfə artıb, 2019-cu ilin eyni göstəricisinə nisbətdə isə 124,6 milyon dollar (- 46,7 %) azalıb.

Hesabat ayında gəlirin böyük hissəsi Avropa İttifaqı ölkələri (22 milyon dollar), Rusiya (18,3 milyon dollar), İsrail (15,5 milyon dollar), Türkiyə (14,8 milyon dollar), Ukrayna (14,5 milyon dollar) və Səudiyyə Ərəbistanının (9,5 milyon dollar) payına düşüb.