Gürcüstan bu ilin əvvəlindən turizmdən 2 mlrd. dollara yaxın gəlir əldə edib

Gürcüstan bu ilin əvvəlindən turizmdən 2 mlrd. dollara yaxın gəlir əldə edib Bakı. 21 avqust. REPORT.AZ/ Gürcüstan bu ilin yanvar-iyul aylarında turizmdən 1,7 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib.
Turizm
21 Avqust , 2018 15:04
Gürcüstan bu ilin əvvəlindən turizmdən 2 mlrd. dollara yaxın gəlir əldə edib
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Gürcüstan bu ilin yanvar-iyul aylarında turizmdən 1,7 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib. 

"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 7 ay ərzində Gürcüstana 4,6 mln. nəfər səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur. 

Gürcüstana ən çox turist Azərbaycandan (1 il əvvələ nisbətən 10,4% çox), Rusiyadan (24,1% çox) və Türkiyədən (20,4% çox) gəlib.

Son xəbərlər

Orphus sistemi