Əbülfəs Qarayev: "Turizm sahəsində 100 mindən çox adam çalışır"

Əbülfəs Qarayev: "Turizm sahəsində 100 mindən çox adam çalışır" Turizm işçiləri günü münasibəti ilə tədbir keçirilib
Turizm
109
27 Sentyabr , 2017 11:06
Əbülfəs Qarayev: Turizm sahəsində 100 mindən çox adam çalışır
Report/ Orkhan Azim

Bakı.27 sentyabr.REPORT.AZ/ Bakıda 27 sentyabr - Turizm işçiləri günü münasibəti ilə tədbir keçirilib. 

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açıb.

Nazir deyib ki, bu sahədə 100 mindən çox adam çalışır: "Bu gün turizm sahəsində 46 mindən çox, mədəniyyət sahəsində isə 60 mindən çox adam çalışır. Ümumilikdə isə 100 mindən çox insan bu sahədə çalışır".

Nazir Azərbaycan Prezidentinin turizm sahəsində çalışan şəxslərin təltif edilməsi ilə bağlı ötən gün imzaladığı sərəncama görə təşəkkür edib.

Turizm işçiləri günü münasibətlə keçirilən tədbirin sonunda bu sahənin inkişafında rolu olan bəzi şəxslər mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi