Dünyanın ən iri turoperatorlarından biri fəaliyyətini dayandırıb

Dünyanın ən iri turoperatorlarından biri fəaliyyətini dayandırıb Böyük Britaniyanın məşhur Thomas Cook turoperatoru müflislikdən xilas olmaq üçün vəsait tapa bilmədiyindən fəaliyyətini dayandırıb.
Turizm
23 Sentyabr , 2019 10:54
Dünyanın ən iri turoperatorlarından biri fəaliyyətini dayandırıb

Böyük Britaniyanın məşhur "Thomas Cook" turoperatoru müflislikdən xilas olmaq üçün vəsait tapa bilmədiyindən fəaliyyətini dayandırıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, dünya üzrə 600 mindən çox turistin rezervasiyası bu səhər ləğv edilib.

Britaniya hökumətindən bildirilib ki, şirkətin 150 min müştərisinin krallıqdan vətənlərinə qaytarılması sülh dövründə ən böyük repatriasiyadır.

Eyni zamanda "Thomas Cook" ticarət əməliyyatlarını ləğv edib. Onun dörd aviaşirkəti fəaliyyətini dayandıracaq. Doqquz mini Britaniyada olmaqla, 16 ölkədə 21 min işçi işsiz qalacaq.

Qeyd edək ki, 1841-ci ildə qurulan "Thomas Cook Group" dünyanın ən böyük turizm şirkətlərindən biri idi. O, ildə 22 milyondan çox müştəriyə xidmət edirdi. Ancaq son bir il ərzində onun səhmləri London Fond Birjasında 86% dəyər itirmişdi. Yekunda 178 yaşlı şirkətin 1,7 milyard funt sterlinq dəyərində borcu yığılmışdı.

Son xəbərlər

Orphus sistemi