DTA: "Pandemiyadan sonra turizm ixtisaslarına marağın azaldığı hiss edilir"

DTA: "Pandemiyadan sonra turizm ixtisaslarına marağın azaldığı hiss edilir" Azərbaycanda pandemiyadan sonra turizm ixtisaslarına marağın azaldığı hiss edilir.
Turizm
8 Dekabr , 2022 13:34
DTA: Pandemiyadan sonra turizm ixtisaslarına marağın azaldığı hiss edilir

Azərbaycanda pandemiyadan sonra turizm ixtisaslarına marağın azaldığı hiss edilir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) Təhsil və Təlim şöbəsinin müdiri Arzu Tairquliyeva-Nağıyeva Bakıda keçirilən "Azərbaycan Turizm Sammiti"ndə bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə, nəinki turizm sənayesi, həmçinin, turizm təhsili də müəyyən təsirlərə məruz qalıb: "Bütün bunları nəzərə alaraq Dövlət Turizm Agentliyinin Kollegiyasının qərarı ilə DTA-nın tabeliyində olan müəssisələrə xitabən İnkişaf,Təlim və Təhsil Strategiyası hazırlanıb. Bu strategiyanın əhatəsi çox genişdir".

A. Tairquliyeva-Nağıyeva qeyd edib ki, insan kapitalı çox vacibdir və onun inkişafı ölkənin inkişafını aparan əsas qüvvələrdən biridir: "Turizm bundan kənarda olan bir sahə deyil. Turizm təhsili çox böyük bir məsafə qət edib. Turizm təhsili ölkə iqtisadiyyatında yeni olduğu zamanlarda bu sahəyə gələnlər nisbətən yaxın sahələrdən gəliblər. Amma artıq ölkə daxilindəki proqramlar vasitəsilə, beynəlxalq təcrübələrə əsaslanan mütəxəssislər formalaşıb. Turizm sahəsinə kifayət qədər ixtisaslı kadr cəlb edə bilmişik"

Son xəbərlər

Orphus sistemi