Dövlət Turizm Agentliyi qrant müsabiqəsi elan edib

Dövlət Turizm Agentliyi qrant müsabiqəsi elan edib Dövlət Turizm Agentliyi (DTA) turizm sahəsində layihələrin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan edib.
Turizm
2 Mart , 2022 15:21
Dövlət Turizm Agentliyi qrant müsabiqəsi elan edib

Dövlət Turizm Agentliyi (DTA) turizm sahəsində layihələrin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan edib.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, müsabiqənin məqsədi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiya və tədqiqatların stimullaşdırılması, eləcə də maarifləndirmədir.

Müsabiqənin şərtlərinə əsasən, təqdim olunmuş layihələrin icra müddəti 8 aydan, dəyəri isə 30 min manatdan çox olmamalıdır.

Müsabiqədə bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq ölkədə qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və ölkə vətəndaşı olan fiziki şəxslər iştirak edə bilər. Sənədlər aprelin 7-si, saat saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir.

Son xəbərlər

Orphus sistemi