Dövlət Turizm Agentliyi 2 turizm marşrutu boyunca infotur təşkil edib

Dövlət Turizm Agentliyi 2 turizm marşrutu boyunca infotur təşkil edib DTA təbiət ərazilərində ekoturizmin inkişafı məqsədilə infotur təşkil edib
Turizm
24 Oktyabr , 2024 15:02
Dövlət Turizm Agentliyi 2 turizm marşrutu boyunca infotur təşkil edib

Azərbaycanın turizm potensiallı ərazilərini tanıtmaq, ekoturizm fəaliyyətlərini təşviq etmək üçün Dövlət Turizm Agentliyi 2 turizm marşrutu boyunca infotur təşkil edib.

"Report" agentliyə istinadən xəbər verir ki, turoperator və turagentliklərin nümayəndələrinin, videobloger və bələdçilərin qatıldığı infotur Oğuz, Şəki, Qax, ikinci istiqamət üzrə isə Kəlbəcər, Xankəndi, Şuşa və Xocavənd rayonlarını əhatə edib.

İştirakçılar ekoturizmlə bağlı olan fəaliyyətlər, tarixi və mədəni turizm məhsulları ilə yaxından tanış olublar.

Silsilə infoturlar oktyabrın 31-də Bakıətrafı əraziləri və Xızı rayonunu əhatə edəcək.

İnfoturlar “2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilir.

Əsas məqsəd bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinin təmin edilməsi, bölgələrdə turizm sənayesinin fəaliyyət miqyasını genişləndirmək, turizm vasitəsilə "yaşıl artım" konsepsiyasını dəstəkləmək, həmçinin bunun nəticəsində regionlarda məşğulluq səviyyəsini artırmaqdır.

Son xəbərlər

Orphus sistemi