Çinli turistlərin Azərbaycana səfəri sadələşdirilir

Çinli turistlərin Azərbaycana səfəri sadələşdirilir Bakı. 1 mart. REPORT.AZ/ Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.
Turizm
1 Mart , 2019 16:52
Çinli turistlərin Azərbaycana səfəri sadələşdirilir

Bakı. 1 mart. REPORT.AZ/ Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, imzalanma iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində baş tutub.

Bundan başqa, “Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında” Protokol imzalanıb. 

Son xəbərlər

Orphus sistemi