Ülvi Mehdiyev: "Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur"

Ülvi Mehdiyev: "Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur" "Mövcud vəziyyət çimərliklərin açılmasına imkan yaradır. Ölkə başçısının müvafiq tapşırığı var. “ASANXidmət”, Bakı Şəhər İcra Hakimiyyəti, ETSN və Fövqəladə Hallar Nazirliyindən ibarət monitorinq qrupları müəyyən edildi. Həmin qruplar Bakı və Sumqayıt çim
Turizm
3 Avqust , 2020 17:34
Ülvi Mehdiyev: Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev / Report/ Firi Salim

"Mövcud vəziyyət çimərliklərin açılmasına imkan yaradır. Ölkə başçısının müvafiq tapşırığı var. “ASAN Xidmət”,  Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən ibarət monitorinq qrupları müəyyən edildi. Həmin qruplar Bakı və Sumqayıt çimərliklərində monitorinq həyata keçirdi". 

“Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, sırf pandemiya şəraitində sosial məsafənin saxlanılması və pandemiyaya uyğun tələblərə riayət olunmasına şəraiti olan çimərliklər müəyyən edildi: “Ümumiyyətlə bütün çimərliklərdə insanların sərbəst istifadəsi nəzərdə tutulub. Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur. İstənilən şəxs istədiyi çimərliyə gedə bilər. Çimərlik.az saytı informativ resursdur. Bura daxil olub, çimərliklərin mövcud şəraiti, ünvanı və tutum səviyyəsini görə biləcəklər. Çimərliklər səhər saat 8-dən axşam 9-a kimi açıq olacaq”.

Son xəbərlər

Orphus sistemi