Ölkədə çimərliklər açılır

Ölkədə çimərliklər açılır Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında yer alıb
Turizm
5 Avqust , 2020 00:00
Ölkədə çimərliklər açılır
0 : 00
0 : 00

Bu gündən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

"Report" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qəbul etdiyi qərar avqustun 5-dən qüvvəyə minib. 

Qeyd edək ki, çimərliklərə getməzdən əvvəl “cimerlik.az” saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq daha az insanın olduğu əraziyə üz tutmaq, çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət edilən girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək, istifadəsi zəruri sayılan əşyaları çimərliyə özünüzlə gətirmək, çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək lazımdır. Bununla yanaşı, ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək, sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istifadə etmək, çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq zəruridir.  

Bununla yanaşı, qadağan olunmuş ərazilərdən istifadə etməmək, sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə dərhal nəzarətçiyə məlumat vermək, çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək lazımdır. Eyni zamanda “cimerlik.az” saytında adı qeyd olunmayan çimərliklərə üz tutduqda pandemiya ilə bağlı monitorinq aparılmadığından ehtiyatlı olmağınız tövsiyə edilir.   

Son xəbərlər

Orphus sistemi