Beynəlxalq sərnişin daşımalarda tələb 92% azalıb

Beynəlxalq sərnişin daşımalarda tələb 92% azalıb IATA: Hər 5 potensial sərnişindən 4-ü evdə qaldığı üçün aviasiya sənayesi hələ də iflic vəziyyətdədir.
Turizm
524
2 Sentyabr , 2020 13:29
Beynəlxalq sərnişin daşımalarda tələb 92% azalıb
0 : 00
0 : 00

Bu ilin iyul ayında koronavirus pandemiyasının təsiri ilə beynəlxalq hava sərnişin daşımalarında tələb ötən ilin eyni dövrü ilə müqayisədə 91,9% azalıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

IATA-nın açıqlamasına görə, Şengen Bölgəsində uçuşların yenidən bərpa edilməsinin beynəlxalq tələbin artmasına kömək etdiyi, ancaq digər beynəlxalq bazarlarda iyun ayına nisbətən "çox az" dəyişiklik olduğu ifadə edilib.

“Əsasən hər 5 potensial sərnişindən 4-ü evdə qaldığı üçün aviasiya sənayesi hələ də iflic vəziyyətdədir”, - deyə qurumun baş meneceri Alexandre de Juniac bildirib.

Son xəbərlər

Orphus sistemi