Bakıda Çinin Şensi əyalətinin turizm imkanları təqdim olunub

Bakıda Çinin Şensi əyalətinin turizm imkanları təqdim olunub Bu gün Bakıda Çinin Şensi əyalətinin turizm imkanlarına həsr olunmuş tədbir keçirilib.
Turizm
10 May , 2024 19:17
Bakıda Çinin Şensi əyalətinin turizm imkanları təqdim olunub

Bu gün Bakıda Çinin Şensi əyalətinin turizm imkanlarına həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbir Azərbaycan-Çin mədəniyyətin və turizmin təşviqi konfransı çərçivəsində təşkil edilib.

Tədbir Şensi əyaləti haqqında füsunkar hekayə ilə açılıb, daha sonra qonaqlara bu bölgənin milli rəqslərindən ibarət çıxış təqdim olunub.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Taonun sözlərinə görə, bu region Çinin mədəniyyətini tam əks etdirir.

“Səfirlik əyalətimizin turizm imkanlarının təşviqində maraqlıdır və hər kəsi oranı ziyarət etməyə dəvət edir”, - Tao qeyd edib.

Öz növbəsində, Şensi əyalətinin Kommunist Partiyasının Komitə üzvü Sun Daquana mədəni mübadilələrin və turizmin Azərbaycan və Çin xalqlarını birləşdirən mühüm körpü olduğunu vurğulayıb.

“Son vaxtlar Şensi əyalətində əsasən İpək Yoluna həsr olunan iqtisadi və mədəni forumlar tez-tez keçirilir”, - müvəqqəti işlər vəkili əlavə edib.

Tədbirdə Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov da çıxış edərək, şəhərin imkanlarından danışıb.

Son xəbərlər

Orphus sistemi