Azərbaycanın turizm potensialı İspaniyada təbliğ olunub

Azərbaycanın turizm potensialı İspaniyada təbliğ olunub Yanvarın 19-dan 23-nə qədər İspaniyanın paytaxtı Madriddə baş tutmuş “FİTUR” turizm sərgisində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı tanıdılıb.
Turizm
24 Yanvar , 2022 13:03
Azərbaycanın turizm potensialı İspaniyada təbliğ olunub

Yanvarın 19-dan 23-dək İspaniyanın paytaxtı Madriddə baş tutmuş “FİTUR” turizm sərgisində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı tanıdılıb.

"Report" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumatda deyilir ki, ispandilli ölkələrin ən böyük turizm tədbirlərindən biri sayılan sərgidə İspaniya, Portuqaliya, Latın Amerikasının bir sıra tur operatorları və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B formatında 45 görüş keçirilib.

Sərgidə beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın şərabçılıq və dağ turizmi üzrə potensialı, eləcə də işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqqında geniş məlumat verilib.

Görüşlər çərçivəsində İspaniya və Latın Amerikasından olan turizm və səyahət agentliklərinə vebinar formatında təlimlərin verilməsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi