Azərbaycanın turizm imkanları Rusiyada təbliğ edilir

Azərbaycanın turizm imkanları Rusiyada təbliğ edilir Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın paytaxtı Moskvada keçirilən "MITT" beynəlxalq səyahət və turizm sərgisində təbliğ edilir.
Turizm
16 Mart , 2023 14:31
Azərbaycanın turizm imkanları Rusiyada təbliğ edilir

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın paytaxtı Moskvada keçirilən "MITT" beynəlxalq səyahət və turizm sərgisində təbliğ edilir.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya və MDB məkanı üzrə aparıcı sərgidə 108 kvadratmetrlik sahəni əhatə edən milli stendimizdə ölkəmizi “Azərbaycan Hava Yolları” və “Şahdağ Turizm Mərkəzi" QSC-lər, Dağ Yəhudiləri Muzeyi, "Absheron Hotel Group" MMC daxil olmaqla 8 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, dağ və qış turizmi imkanları, eləcə də ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumat verilir, həmçinin digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 75 256 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur. Ötən ay Rusiyanın 14 şəhərindən Bakıya birbaşa 400 reys həyata keçirilib.

“MITT 2023” sərgisində Rusiyanın regionları ilə yanaşı, 24 xarici ölkə iştirak edir.

Son xəbərlər

Orphus sistemi