Azərbaycanın turizm brendi Rusiya qatarlarında təbliğ olunur

Azərbaycanın turizm brendi Rusiya qatarlarında təbliğ olunur Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Rusiyanın “Aeroexpress” şirkəti ilə əməkdaşlığa başlayıb.
Turizm
4 Oktyabr , 2021 14:51
Azərbaycanın turizm brendi Rusiya qatarlarında təbliğ olunur

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu Rusiyanın “Aeroexpress” şirkəti ilə əməkdaşlığa başlayıb.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, əməkdaşlıq çərçivəsində “Aeroexpress” qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinləri ölkəmizi kəşf etməyə çağıran turizm brendi vizualları, eləcə də həştəqlər yerləşdirilib.

Bundan əlavə, Domodedevo və Şeremetyevo beynəlxalq hava limanlarında yerləşən dəmiryolu vağzallarında Azərbaycanın zəngin turizm təkliflərini əks etdirən video təqdimat nümayiş etdirilir. Əməkdaşlığın 5 ay müddətində davam etdirilməsi planlaşdırılıb.

Yeni başladılan əməkdaşlıq haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, Rusiyanın ən işlək hava limanları ilə paytaxt mərkəzi arasında hərəkət edən “Aeroexpress” sərnişinlərini hədəf götürən kampaniya Azərbaycana turizm axınını artırmağa xidmət edir.

Rusiyanın 2005-ci ildə əsası qoyulan “Aeroexpress” şirkəti Moskva şəhəri ilə Domodedevo, Şeremetyevo və Vnukovo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir.

2019-cu ildə şirkətin sərnişin sayı 12,2 milyon nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi