Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dəyəri 2 dəfə artıb

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dəyəri 2 dəfə artıb Ötən il ərzində Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin dəyəri 2021-ci illə müqayisədə 2 dəfə artaraq 1,7 milyard ABŞ dolları təşkil edib.
Turizm
30 Mart , 2023 13:26
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dəyəri 2 dəfə artıb

Ötən il ərzində Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin dəyəri 2021-ci illə müqayisədə 2 dəfə artaraq 1,7 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın dəyərinin (892,7 milyon ABŞ dolları) ixracın dəyərini (823,3 milyon ABŞ dolları) üstələməsi nəticəsində 69,4 milyon ABŞ dollarlıq kəsir yaranıb. Baxmayaraq ki, son 1 ildə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 53 % , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2 dəfə artıb.

Hesabat dövründə xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyəri 0,9 milyard ABŞ dolları olub ki, bunun da 80,3 %-i ölkə vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxalı üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər

Orphus sistemi