Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı illik müqayisədə 25,5 % artaraq 1 709,4 min nəfər olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkə vətəndaşlarının 44 %-i Türkiyəyə, 21,3 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,6 %-i İrana, 18,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 65,1 %-ni kişilər, 34,9 %-ni qadınlar təşkil edib.
Son 1 ildə Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 32,8 %, Türkiyəyə gedənlərin sayı 21,9 % artıb, İrana gedənlərin sayı isə 25,8 % azalıb.
11 ay ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının 67,8 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.